Fransada ralli iki uşağın həyatını aldı
İdman
31.10.2025 12:07
Fransada keçirilən “Sen-Jozef” rallisində faciə baş verib.
TodayPress TV Le Parisien nəşrinə istinadən xəbər verir ki, yarış zamanı baş verən qəza nəticəsində iki uşaq həlak olub, onların atası isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə pilotun idarəetməni itirərək trasdan çıxması nəticəsində baş verib. Avtomobil tamaşaçılar arasına girib, nəticədə 9 yaşlı qız və onun 12 yaşlı qardaşı həyatını itirib. Qəzanın ardından yarış dərhal dayandırılıb və tamamilə ləğv olunub.
Prokurorun açıqlamasına görə, sürücü və onun köməkçisinin qan analizləri spirt və narkotik maddələrə görə mənfi nəticə verib.
Yerli prefektura bildirib ki, tamaşaçılar giriş qadağan edilən ərazidə olublar. Polisin məlumatına görə, yarış təşkilatçıları həmin hissədə izləyicilərə qadağa barədə xəbərdarlıq etməyiblər.
“Hadisənin səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır. Amma ilk növbədə fikirlərim qurbanların ailələrinə, yaxınlarına və bu faciədən sarsılan hər kəsə yönəlib. Onlara həm öz adımdan, həm də bələdiyyə şurası adından dərin dəstəyimi və başsağlığımı bildirirəm,” — deyə Sen-Jozef meri Patrik Lebreton bəyan edib.
Namiq HUN
tag: Fransa,Ralli,Faciə,Yarış,Todaypress.tv,
 
        
 
                                ![Yamal [[PSJ-nin radarına]] düşdü](/uploads/news/68e74ce5ca499.webp) 
                                            ![[[ÇL:]] "Qarabağ" “Benfika”ya qarşı](/uploads/news/68c8f40b004fa.webp) 
                                             
                                            ![Daha bir güləşçimiz [[qızıl medal]] qazandı](/uploads/news/6849cd15b173a.webp) 
                                            ![İlin [[ən yaxşı baş məşqçisi]] adına namizədlər açıqlandı](/uploads/news/6894a1e1bb32a.webp) 
                                             
                                            ![Minifutbol üzrə Dünya Çempionatı Azərbaycanda: [[Tarixi hadisə və gələcəyə baxış]]](/uploads/news/6838149858d12.webp) 
                                             
                                            ![[["İmişli "Kəpəz"i]] məğlub etdi](/uploads/news/68fbadf383043.webp) 
                                            ![Donnarumma [[PSJ-dən]] gedir?](/uploads/news/688da3526e3f1.webp) 
                                            