Fransa paytaxtı final ab-havasına kökləndi

İdman

31.05.2025 14:15

Eyfel qülləsi hər PSJ qolundan sonra işıqlandırılacaq. 

TodayPress TV xəbər verir ki, UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün finalı öncəsi Paris şəhər rəhbərliyi yerli kluba xüsusi dəstək nümayiş etdirib. 

Eyfel qülləsində “Allez Paris!” (“İrəli, Paris!”) şüarı işıqlandırılıb. Bundan əlavə, Paris meri açıqlayıb ki, PSJ-nin final matçında vurduğu hər qol zamanı Eyfel qülləsi xüsusi işıq effektləri ilə işıqlandırılacaq.

Almaniyanın Münhen şəhərində keçiriləcək həlledici qarşılaşmada Fransanın “Pari Sen-Jermen” (PSJ) və İtaliyanın “İnter” klubları Çempionlar Liqası kuboku uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, Çempionlar Liqasının son qalibi Madridin “Real” klubu olub. “Kral klubu” “Uembli” stadionunda baş tutan final matçınsa  Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edib.

Namiq HUN

tag: PSJ,Eyfel ,Qüllə,İşıq,Todaypress.tv,