Ferstappen “Red Bull”un etirazına qərar verilməmiş Kanadanı tərk etdi

İdman

16.06.2025 13:53

“Red Bull” komandasının sürücüsü Maks Ferstappenin şəxsi təyyarəsi Kanadadan “Formula-1” yarışının qalmaqallı etiraz qərarı elan olunmamış havaya qalxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Max Verstappen’s Jet” adlı sosial media hesabında məlumat verilib. 

Qeyd edək ki, “Red Bull” komandası “Mercedes” pilotu Corc Rasselə qarşı rəsmi etiraz edib.

Avstriya təmsilçiləri iki mümkün qayda pozuntusuna diqqət çəkiblər: 

Birincisi, Rasselin təhlükəsizlik maşınının arxasında qəfil əyləcləməsi, ikincisi isə müəyyən anlarda “safety car”dan qaydalarda icazə veriləndən artıq uzaqlaşması.

Lakin stüardlar etirazı rədd edərək, britaniyalı sürücünün izahatını qənaətbəxş hesab ediblər. Ferstappenin Kanadanı qərar elan olunmamış tərk etməsi isə diqqət çəkib.

Qeyd edək ki, “Mercedes” pilotu Corc Rassel “Formula-1” üzrə Kanada Qran-prisinin qalibi olub. “Red Bull”dan Maks Ferstappen ikinci, Rasselin komanda yoldaşı Kimi Antonelli isə üçüncü yeri tutub.

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Namiq HUN

tag: Formula 1,Red Bull,Maks Ferstappen,Etiraz,Todaypress.tv,