Dünya birincisi “Masters”də dayandı
İdman
29.10.2025 16:58
Dünya reytinqinin birinci nömrəsi, ispaniyalı tennisçi, “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Karlos Alkaras Parisdə keçirilən “Masters” turnirinin ikinci mərhələsində məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edib.
TodayPress TV xəbər verir ki, britaniyalı Kemeron Norriyə 6:4, 3:6, 4:6 hesabı ilə uduzan Alkaras rəqibini təbrik edib.
“Norriyə qələbə münasibətilə təbriklər və turnirdə uğurlar arzulayıram! Gələn il görüşərik, Paris,” – deyə Alkaras sosial media hesabında yazıb.
Qeyd edək ki, Karlos cari mövsüm Monte-Karlo, Sinsinnati və Romada baş tutan “Masters” turnirlərinin qalibi olub. Norri Paris uğuru ilə ispaniyalı tennisçinin ATP səviyyəsindəki doqquz final ardıcıllığını dayandırıb və karyerasında ilk dəfə dünya birincisini məğlub edib.
Namiq HUN
tag: Karlos Alkaras,Kemeron Norri,Yarış,Məğlubiyyət,Todaypress.tv,
