"Dinamo" ukraynalı agent Ordetsə qarşı qalib gəldi
İdman
03.09.2025 17:59
Moskva şəhər Arbitraj Məhkəməsi “Dinamo”nun tərəfini tutaraq, futbolçu İvan Ordetsin ukraynalı meneceri Eduard Murzanın Moskva klubundan müqavilənin yenidən imzalanmasına görə 400 min avro tələbini rədd edib. Həmçinin apellyasiya şikayəti də təmin olunmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.
“Dinamo” və Ordets 2021-ci ildə 2022-ci ilin iyulundan qüvvəyə minəcək müqavilənin uzadılması barədə razılığa gəlmişdilər. Lakin futbolçu 2022-ci ilin iyununda müqaviləni dayandırmaq imkanından istifadə edərək Rusiyanı tərk edib.
Nəticədə yeni müqavilə əsasında İvan komanda ilə bir gün belə keçirməyib. Buna görə əvvəlcə Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli Palatası, daha sonra isə arbitraj məhkəməsi Murzanın agentlik haqqı ilə bağlı tələbini rədd edib.
Töhfə Səməd
tag: Dinamo,Moskva,Ordets,Rusiya,Todaypress.tv,