DÇ-2026: Avropa zonasında “qol yağışı”
İdman
08.09.2025 09:54
Mundialın Avropa zonası üzrə seçmə mərhələsində İspaniya Türkiyəyə, Belçika isə Qazaxıstana 6 qolla qalib gəlib.
TodayPress TV xəbər verir ki, E qrupunda yer alan Türkiyə millisi doğma meydanda son Avropa çempionu İspaniya komandası ilə qarşılaşıb.
Oyun gözlənilməz hesabla başa çatıb. “Qırmızı furiya” rəqib meydanında “ay-ulduzlular”ın qapısından 6 cavabsız top keçirib.
Matçdan sonra Türkiyə komandasının baş məşqçi Vincenzo Montella məğlubiyyəti belə şərh edib:
“Hamımız çox məyusuq. Oyunun əvvəlində bir neçə qol imkanı qazandıq, amma dəyərləndirə bilmədik. Ardınca, ilk fürsətdə qapımızda qol gördük. Belə olanda isə zamanla inam da azalır. Nəticədə bu nəticə ortaya çıxdı. Komandamız inkişaf mərhələsindədir. Ağıllı davransaq, bu görüşdən dərs çıxara bilərik. Biz artıq oktyabr ayına köklənmişik. İkinci yeri təmin etmək üçün mübarizə aparacağıq. Əsas hədəfimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, J qrupunda keçirilən Belçika - Qazaxıstan matçında da böyükhesablı nəticə qeydə alınıb. Meydan sahibləri qazaxlara 6:0 hesabı ilə qalib gəlib. Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev isefa verib.
Namiq HUN
tag: DÇ,2026,Futbol,Qol,Todaypress.tv,