Cengiz Ünder “Beşiktaş”a keçdi

İdman

08.09.2025 12:00

Türkiyə yığma komandasının vingeri Cengiz Ünder “Fənərbağça”dan “Beşiktaş”a icarə əsasında transfer olunub. 

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub və futbolçunun satın alınması hüququnu da əhatə edir.

“Biz Cengiz Ündərə uğurlar arzulayırıq və onun şanlı formanı böyük hörmətlə azarkeşlərə təqdim edəcəyinə inanırıq”, – deyə klubun rəsmi saytında qeyd olunub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-cü ilin yayında “Marsel”dən “Fənərbağça”ya 15 milyon avroya transfer edilib. Karyerası ərzində o, həmçinin “Roma”, “Lester”, “Başakşəhər” və “Los-Anceles” klublarında da çıxış edib.  “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.

Namiq HUN

TodayPress TV

tag: Cengiz Ünder,Beşiktaş,Transfer,Fənərbağça,Todaypress.tv,