Berni Ekklstoun: “Əgər Həmilton “Ferrari”dən getsə, müqavilə tam ödənilməlidir”
İdman
05.08.2025 13:03
“Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun “Ferrari”nin pilotu Luis Həmiltonun komandadan ayrılması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, daha əvvəl Ekklstoun Həmiltonun karyerasını başa vurmalı olduğunu bildirib.
Bu dəfə isə o, ehtimal olunan gedişin şərtlərini şərh edib:
“Əgər mən Luisə nəzarət edən şəxs olsaydım, dərhal “Ferrari” ilə danışıqlara başlayar və belə deyərdim: “Əgər yerini dolduracaq biriniz varsa, Luis gedəcək”.
Luisin yerində olsaydım, “Ferrari”yə belə deyərdim:
“Mən istəyirəm ki, siz mənim müqaviləmi tam şəkildə ödəyəsiniz. Əgər iş alınmırsa, güzəştə getməyə hazıram, amma əvvəlcədən razılaşma belə olub”. Bu, hər iki tərəf üçün məqbul variant ola bilər.”
Qeyd edək ki, Luis Həmilton 2025-ci ilin əvvəlində “Mercedes”dən ayrılaraq “Ferrari”yə keçib. Lakin mövsüm ərzində komandanın nəticələri və daxildəki vəziyyət onun gələcəyi ilə bağlı suallar doğurur.
Namiq HUN
tag: Luis Həmilton,Ferrari,Yarış,Müqavilə,Todaypress.tv,