Atletlərimizdən Maribor turnirində uğurlu start

İdman

25.06.2025 09:00

Sloveniyada atletika üzrə komandalar arası Avropa çempionatı keçirilir. 

TodayPress TV xəbər verir ki, 3-cü Divizionda yer alan Azərbaycan milli komandasının iki üzvü ilk üçlüyə düşüb. 

Maribor turnirində Əlhəm Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atlet arasında birinci yeri tutub. 

Qadınların mübarizəsində isə eyni məsafəyə qaçışda Lamiyə Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.

Namiq HUN

tag: Azərbaycan,Atlet,Maribor,Çempionat,Todaypress.tv,

photo
photo