Arda Turan "Şaxtyor"da məşqlərin sayını artırdı
İdman
14.06.2025 17:30
Ukraynanın “Şaxtyor” klubunun yeni baş məşqçisi Arda Turan məşq prosesində dəyişiklik etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, o, Donetsk təmsilçisində gündəlik məşqlərin sayını 3-ə qədər artırıb.
Türkiyəli mütəxəssis bu barədə klubun rəsmi saytına danışıb.
“Eyni şeyi “Atletiko Madrid”də edirdik. Bu, çox vacibdir. Bəli, üç məşq edə bilərik, amma ən əsası, konsentrasiyadır. Mən “Atletiko”da çıxış edəndə Seqoviyada səhər saat 7-də qaçırdım. Eyni vaxtda televizorda “Real Madrid” və “Barselona”nın futbolçularının dəbdəbəli kostyumlarda ABŞ-nin Los-Anceles və Mayami şəhərlərinə səfər etdiklərini görürdük. Onların bizdən daha yaxşı, daha istedadlı olduqlarını qəbul edirdik”.
38 yaşlı Arda Avropada istənilən matçda - final, yarımfinal və ya 1/4 final mərhələsində oynamaq istəyən futbolçunun daha çox çalışmalı olduğunu düşünür.
“Şaxtyor”da potensial var, daha çoxdur. Mən buna inanıram. Ona görə də final matçlarında oynamaq üçün bir az səbirli və dözümlü olmalıyıq. Bilirəm ki, bəzi oyunçular daim bu barədə düşünürlər və bunu səbirsizliklə gözləyirlər. Bu, çox vacibdir, bunlar düzgün şeylərdir”.
Qeyd edək ki, Arda Turan məşqçilik karyerasına 2023-cü il aprelində Türkiyənin Birinci Liqa klubu "Eyüpspor"da başlayıb. O, 2023/2024 mövsümünün ardından komandanı Türkiyə Super Liqasına yüksəldib. "Eyüpspor" son mövsümü onun rəhbərliyi altında 6-cı pillədə bitirib.
Namiq HUN
tag: Arda Turan,Şaxtyor,Klub,Məşqçi,Todaypress.tv,