Şəhid leytenant Siyavuş Muradovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
Hərbi
09.08.2025 14:56
44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn leytenant Muradov Siyavuş Akif oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər leytenant S.Muradovun şərəfli həyat və nümunəvi döyüş yolundan danışıblar. Şəhid zabitin qısa, lakin şərəfli həyat yoluna həsr edilmiş sənədli film nümayiş olunub.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
tag: MN,Şəhid,Anım,Tədbir,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![NATO DTMM-də [[Azərbaycan bayrağı]] qaldırıldı](/uploads/news/684405fac455e.webp) 
                                            ![Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirildi [[- VİDEO]]](/uploads/news/68ee51195ef28.webp) 
                                            ![Xarici ölkələrin hərbi attaşeləri [[Heydər Əliyev adına Hərbi İnstitutda]] oldular](/uploads/news/68d2a85d950f4.webp) 
                                            ![[[Azərbaycan HHQ komandanı]] Özbəkistana səfər etdi](/uploads/news/6846814a37233.webp) 
                                            ![[[Müdafiə naziri]] türkiyəli şəhid ailələri ilə görüşdü](/uploads/news/688dec0be0dbd.webp) 
                                            ![[[Azərbaycan və beş ölkənin "Sonsuz qardaşlıq – IV"]] çoxmillətli birgə təlimi başa çatdı](/uploads/news/68c9877726692.webp) 
                                            ![Pakistanda keçirilən kursda iştirak edən [[hərbi qulluqçularımız Vətənə qayıtdı]]](/uploads/news/6838015230de8.webp) 
                                            ![[[Azərbaycan və Özbəkistan]] hərbi mütəxəssisləri görüşdü](/uploads/news/6854152ec18f1.webp) 
                                            ![Türkiyə MMU-nun nümayəndə heyəti [[Quru Qoşunları Komandanlığını]] ziyarət etdi](/uploads/news/685e3b01933e3.webp) 
                                            ![[[“Komanda-qərargah akademik kursu”nun]] buraxılış mərasimi keçirildi](/uploads/news/68639748bdcdb.webp) 
                                            