ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirildi

Hərbi

02.06.2025 16:58

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib. 

TodayPress TV xəbər verir ki, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunub.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə dərslər keçirilib, eləcə də atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib.

tag: ƏÜO,Hərbi Qulluqçular,Toplanış,Təlim,Todaypress.tv,