Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin işçi görüşü keçirildi
Hərbi
22.10.2025 14:41
Bakıda Milli Müdafiə Universitetinin (MMU) və Gürcüstanın Milli Müdafiə Kollecinin STANAG komissiyaları arasında işçi görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, MMU-nun Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə qonaqlara Xarici dil mərkəzinin tarixi və fəaliyyət istiqaməti barədə brifinq təqdim olunub.
Nümayəndə heyətinin rəhbəri mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
İşçi görüşdə ingilis dilindən STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NATO-nun standartlaşdırma sənədi olan STANAG üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələblərinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.
tag: MN,Azərbaycan,Gürcüstan,Görüş,Todaypress.tv,
 
        
 
                                ![[[“IDEF 2025”-də]] imzalanma mərasimi keçirildi](/uploads/news/6880e48d458be.webp) 
                                            ![Pirəkəşküldə [[yararsız döyüş sursatları]] məhv ediləcək](/uploads/news/683409e06e0c8.webp) 
                                            ![Xankəndidə Silahlı Qüvvələrin 107-ci ildönümü [[qeyd edilir]]](/uploads/news/685ced998761c.webp) 
                                            ![[[Zakir Həsənov]] Təl-Əvivdə İsrailin müdafiə naziri ilə görüşdü](/uploads/news/682b317fc02f0.webp) 
                                            ![Türkiyə MMU-nun nümayəndə heyəti [[Quru Qoşunları Komandanlığını]] ziyarət etdi](/uploads/news/685e3b01933e3.webp) 
                                            ![Pirəkəşküldə [[yararsız döyüş sursatları]] məhv ediləcək](/uploads/news/683d7b1f538ea.webp) 
                                            ![Hərbi qulluqçularla [[maarifləndirici tədbirlər]] keçirilir](/uploads/news/6863a34569ad0.webp) 
                                            ![Azərbaycan Ordusunda [[“Ən yaxşı IT mütəxəssisi”]] adı uğrunda yarış keçirildi](/uploads/news/686fa23655f66.webp) 
                                            ![Vətən Müharibəsi Qəhrəmanı [[Şükür Həmidovun]] anım mərasimi keçirildi](/uploads/news/68f8de9b21f65.webp) 
                                            ![Azərbaycan müdafiə naziri [[Özbəkistana səfər etdi]]](/uploads/news/68f64bae5ac1c.webp) 
                                            