Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi
Hərbi
31.10.2025 17:28
Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub.
Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova "Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə" medalını təqdim edib.
Görüşün sonunda Qazaxıstan və Azərbaycan respublikaları Müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
tag: MN,Zakir Həsənov,Qazaxıstan,Medal,Todaypress.tv,
 
        
 
                                ![[[MN:]] Ordumuzun bölmələri Ermənistanda ekskavatora atəş açmayıb](/uploads/news/6890c61ea78d5.webp) 
                                            ![[[Azərbaycan və Serbiya]] hərbi nümayəndələri arasında görüş keçirildi](/uploads/news/683ef28ca1768.webp) 
                                            ![[[“Qüdrətli əjdaha”lar Azərbaycanda:]] Pakistan JF 17-lərinin əsas xüsusiyyətləri](/uploads/news/68f61e7400d29.webp) 
                                            ![Polşa nümayəndə heyəti [[Hərbi İnstitutda]] oldu](/uploads/news/684187f15dc9d.webp) 
                                            ![HDQ-də [[buraxılış mərasimi]] keçirildi](/uploads/news/68f38ee58dfd0.webp) 
                                            ![ƏÜO-da [[hərbi vəzifəlilərlə]] təlim toplanışı keçirilir](/uploads/news/68a8104ad81b6.webp) 
                                            ![Müdafiə Nazirliyi [[Anım Günü ilə bağlı video-çarx]] paylaşdı](/uploads/news/68d776d5bbeeb.webp) 
                                            ![[[Azərbaycan və beş ölkənin "Sonsuz qardaşlıq – IV"]] çoxmillətli birgə təlimi başa çatdı](/uploads/news/68c9877726692.webp) 
                                            ![Hərbi pilotlar [[təlim-məşq uçuşlarını]] icra etdilər](/uploads/news/68838228527a3.webp) 
                                            ![Azərbaycan müdafiə naziri [[Vyetnamda]] rəsmi səfərdədir](/uploads/news/68b6c22fbd876.webp) 
                                            