Azərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər etdi
Hərbi
22.10.2025 12:51
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin görüşündə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili qəbul edib. Daha sonra isə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru general-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.
Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş Birgə Hərbi Komitənin görüşünün Protokolu" imzalanıb.
tag: MN,Heyət,Səudiyyə Ərəbistan,Səfər,Todaypress.tv,
 
                                             
                                             
                                             
        
 
                                ![[[Zakir Həsənov "Birlik - 2025"]] təlimində iştirak edən heyətlə görüşdü](/uploads/news/68f7b29d37305.webp) 
                                            ![[[Müdafiə naziri]] Pakistan tərəfinə başsağlığı verdi](/uploads/news/68e774e3e5244.webp) 
                                            ![Türkiyənin Azərbaycandakı Xidmət Qrupuna [[yeni komandan təyin olundu]]](/uploads/news/68b1d2ce266ab.webp) 
                                            ![[[Zakir Həsənov]] Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü](/uploads/news/684c2c9728f97.webp) 
                                            ![NATO nümayəndə heyəti ilə [[görüşlər keçirildi]]](/uploads/news/683009f625fe7.webp) 
                                            ![Azərbaycan müdafiə naziri [[Vyetnamda]] rəsmi səfərdədir](/uploads/news/68b6c22fbd876.webp) 
                                            ![ƏÜO-nun hərbi qulluqçuları [[Türkiyədə keçirilən komando kursunda]] iştirak edirlər](/uploads/news/68adb66e402f2.webp) 
                                            ![[[Baş Qərargah rəisi]] Belarusda Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət etdi](/uploads/news/68d24ccf0970e.webp) 
                                            ![XTQ-də çoxmillətli təliminin [[planlaşdırma konfransı]] keçirildi](/uploads/news/684914c7ecf8a.webp) 
                                            ![[[Azərbaycan və Bolqarıstan HHQ nümayəndələrinin]] iştirakı ilə ekspert görüşü keçirildi](/uploads/news/6881f5f42d463.webp) 
                                            