Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanıldı

Hadisə

17.06.2025 09:33

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb.

R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,

photo