İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
05.06.2025 11:49 Hadisə

Azərbaycan-İran dövlət sərhədinin pozulması halının qarşısı alınıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. 

Bildirilib ki, DSX Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin keçirdiyi axtarış və əməliyyat tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 9 kiloqram 376 qram marixuana və 560 ədəd narkotik tərkibli metadon M- 40 həbi aşkar olunaraq götürülüb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər