Balakəndə xəstəxananın həyətində yanğın oldu

Balakəndə xəstəxananın həyətində yanğın oldu
10.08.2025 00:23 Hadisə

Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

TodayPress TV xəbər verir ki, Balakəndə yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Yanğının genişlənərək inzibati binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində keçmiş xəstəxananın həyətyanı sahəsində 3 hektar ərazidə kol-kos və quru ot yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər