Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşı ilə bağlı məsələni nəzarətə götürdü
Gündəm
31.10.2025 11:15
Monteneqro İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.
Bu barədə TodayPress TV-yə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.
S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.
Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.
tag: Monteneqro,Ombudsman,Cavab,Məktub,Todaypress.tv,
 
        
 
                                ![Gömrük nəzarətindən gizlədilən [[qızıl külçələr aşkar edildi]]](/uploads/news/68e608b182b30.webp) 
                                            ![Məhkəmə [[Fikrət Cəfərli]] barəsində qərar verdi](/uploads/news/68ca83500e963.webp) 
                                            ![[[BMT rəsmisi:]] "Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir"](/uploads/news/68df9f251cac3.webp) 
                                            ![[[Zəfərin qutlu olsun Türkiyə!]]](/uploads/news/68b22c0d38496.webp) 
                                            ![Ərdoğan Putinlə [[görüşdü]]](/uploads/news/68b550085433a.webp) 
                                            ![[[Lütfi Akca:]] “Su artıq texniki deyil, diplomatik məsələdir”](/uploads/news/68c12ace658a7.webp) 
                                            ![[[Xankəndi]] şəhərinə mediatur təşkil olundu](/uploads/news/68da442e43ba7.webp) 
                                            ![Xankəndidə avtoxuliqanlıq edən [[qardaşlar saxlanıldı]]](/uploads/news/68c3f2c912675.webp) 
                                            ![İlk dərs günündə yollarda hərəkət iflic olacaq? [[– AÇIQLAMA]]](/uploads/news/68b55b5ad0189.webp) 
                                            ![[["ASAN xidmət"]] İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir](/uploads/news/68e5fb353cc54.webp) 
                                            