Nurlan İsmayılbəyli: “Valideynlərin məqsədli şəkildə satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir”
Elm və Təhsil
30.07.2025 15:49
“Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən təhsilalanlarının geyim formalarının təsvirləri barədə ətraflı məlumat əldə edə bilərlər”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.
“Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.
Töhfə Səməd
tag: MÜTDA,Tədbir,Valideyn,Forma,Todaypress.tv,