Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Elm və Təhsil

10.04.2026 15:51

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

Bu barədə TodayPress TV-yə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.

TodayPress TV

tag: Müəllim,MÜTDA,İş,Müsabiqə,Todaypress.tv,