İyunun 21-dən məktəbəhazırlıq qruplarına qəbul başlayacaq
Elm və Təhsil
14.06.2025 11:30
Yaxın günlərdə məktəbəhazırlıq qruplarına da qəbul proresi başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
21 iyun 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.
Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək.
Məktəbə hazırlıq qruplarının təşkili uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi, eləcə də uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması baxımından əhəmiyyətlidir.
tag: MÜTDA,Qəbul,Məktəbəhazırlıq ,Qeydiyyat,todaypress.tv,