İndiyədək 55 min uşaq məktəbə hazırlıq qruplarına yazılıb
Elm və Təhsil
30.07.2025 15:43
“2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib. Valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər”.
TodayPress TV xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məktəbəqədər və ümumi təhsil ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.
“İndiyədək 55 min uşaq məktəbə hazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək”.
Töhfə Səməd
tag: MÜTDA,Tədbir,Uşaq,Məktəbəhazırlıq,Todaypress.tv,