Gələn həftə IX sinfi bitirən şagirdlərə attestatlar veriləcək

Elm və Təhsil

17.06.2025 13:14

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə XI sinfi bitirən məzunlara attestatlar verilir.

Bu barədə TodayPress TV-yə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.

IX sinfi bitirən şagirdlərə isə attestatlar 23-28 iyun 2025-ci il tarixlərində veriləcək.

Qeyd edilib ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

tag: Məktəb,Elm,Təhsil,Attestat,Todaypress.tv,