Zelenski və Makron Rusiyanın zərbələrini müzakirə etdilər
Dünya
07.09.2025 18:30
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında ölkəsinə endirilən gecə hücumlarını müzakirə edib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər sərt raket və dron zərbələrini müzakirə edərək diplomatik səylərin koordinasiyasını, atılacaq addımları və tərəfdaşlarla təmasları razılaşdırıblar.
Zelenski əlavə edib ki, Kiyev və Paris Ukraynanın müdafiəsini gücləndirmək üçün yeni tədbirlər hazırlayır.
Xatırladaq ki, sentyabrın 7-də Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə kombinə edilmiş hücumlar həyata keçirdiyi bildirilib. Hədəflər arasında paytaxt Kiyev və ətraf ərazilər, Kremençuqdakı Dnepr üzərində Kriukovski körpü, Krivoy Roq, Odessa, eləcə də Xmelnitsk vilayətində yerləşən Ukrayna Silahlı Qüvvələrinin ən böyük hərbi aerodromu Starokonstantinov olub. Ukrayna mediasının məlumatına görə, Odessadakı “Şkolnıy” aerodromu da zərbələrə məruz qalıb.
Qiymət Mahir
tag: Ukrayna , Volodimir Zelenski ,Fransa ,Emmanuel Makron,Todaypress.tv,