Zelenski: "Putin Çindəki görüşlərdən müharibə üçün istifadə edəcək"
Dünya
04.09.2025 19:13
"Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşdən Ukraynada müharibəni davam etdirmək üçün bir növ “icazə” kimi istifadə edəcək".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Zelenski xüsusilə qeyd edib ki, Putin və Si arasında Çində keçirilən görüşdən sonra “çox spesifik təəssürat” formalaşıb. Putin açıq şəkildə bu görüşdən “müharibənin davam etdirilməsi üçün bir növ icazə” kimi istifadə etməyə çalışacaq.
"Və ümumiyyətlə, Putin öz davranışı ilə göstərməyə çalışır ki, təzyiq ona təsir etmir. Əslində, biz vəziyyətin kökündən fərqli olduğuna inanırıq. Təzyiq işləyir, Rusiya iqtisadiyyatı və Rusiya ilə ticarət edənlər üçün vəziyyət getdikcə mürəkkəbləşir", - o deyib.
Zelenski əlavə edib ki, artan təzyiq xətti davam edəcək. Xüsusilə, Kremlə qarşı yeni sanksiyalar müzakirə edilib.
tag: Zelenski,Ukrayna,Putin,Çin,Todaypress.tv,