Zelenski: “Diqqət Ukraynaya yönəlməlidir”

Dünya

17.09.2025 10:17

“Qərb dövlətləri gələcəkdə Rusiya ilə əlaqələri deyil, məhz Ukraynanı düşünməlidirlər”.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezideti Volodimir Zelenski “Sky News” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, bütün ölkələr yalnız öz maraqlarına və Moskva ilə gələcək münasibətlərə fokuslanmaqdan imtina etməli, diqqəti Ukraynaya yönəltməlidirlər: 

“Bu, bu günün məsələsidir, indi baş verir”.

Ukrayna lideri həmçinin vurğulayıb ki, Qərb müttəfiqləri arasında hansı ölkənin və hansı formada sanksiya tətbiq edəcəyi ilə bağlı müzakirələr ədalətsizdir.

Zelenski Avropanın bir sıra dövlətlərinin hələ də Rusiya qazı və nefti almasını tənqid edib. Onun sözlərinə görə, bu, birbaşa müharibənin davam etməsinə təsir göstərir: 

“Avropa hələ də Rusiyanın enerji resurslarından tamamilə imtina edə bilmir və bu, Ukrayna üçün çox təhlükəlidir”.

Qiymət Mahir

TodayPress TV

tag: Zelenski,Ukrayna,Rusiya,Diqqət,Todaypress.tv,