Zelenski: "650-dən çox PUA və 50 raketlə hücum olub"
Dünya
30.10.2025 15:54
Rusiya ötən gecə Ukraynaya qarşı ən genişmiqyaslı hücumlardan birini həyata keçirib.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində verdiyi məlumatda deyib.
Rusiya qüvvələri ölkə ərazisinə 650-dən çox pilotsuz uçuş aparatı və 50-dən artıq müxtəlif tipli, o cümlədən ballistik və aeroballistik raketlər atıb.
Zelenski bildirib ki, hücumlar nəticəsində onlarla insan, o cümlədən beş uşaq xəsarət alıb, iki nəfərin ölümü təsdiqlənib. Ladıjin şəhərində yeddi yaşlı oğlan ağır yaralanıb.
Raket və PUA hücumları Vinnitsa, Kiyev, Nikolayev, Çerkası, Poltava, Dnepropetrovsk, Çerniqov, Sumı, İvano-Frankovsk və Lvov vilayətlərini əhatə edib. Hücumlar nəticəsində enerji infrastrukturuna ciddi ziyan dəyib.
Ukrayna lideri beynəlxalq ictimaiyyətə müraciət edərək Moskvaya qarşı təzyiqin artırılmasının vacibliyini vurğulayıb:
“Rusiyanın neft və qaz sektoruna, maliyyə sisteminə və müharibəni maliyyələşdirən hər kəsə qarşı sanksiyalar genişləndirilməlidir. Sülh uğrunda mübarizə aparan bütün tərəflərə təşəkkür edirəm”, – Zelenski qeyd edib.
Jalə Rövşən
tag: Volodimir Zelenski, Ukrayna ,Rusiya ,Hərbi əməliyyat ,Todaypress.tv,
