Fransada canavarlar öldürüləcək

Dünya

04.07.2025 18:30

Fransa prezidenti Emmanuel Makron, ölkə fermerlərinin heyvan sürülərini qorumaq üçün vəhşi canavarların məhv edilməsinə icazə verən yeni qanun qəbul etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" jurnalı məlumat yayıb.

"Biz canavarların kənd təsərrüfatımıza təhlükə yaratdığı ərazilərə daxil olmasına imkan verməyəcəyik. Açıq danışsaq, onların çoxundan qurtulmalı olacağıq", – deyə Makron bildirib.

Prezident bu təşəbbüsə ola biləcək tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, canavar və ya ayının yaşadığı bölgələrdə qaydalar yazan, amma orada yaşamayan insanlar iki gecə o ərazilərdə keçirsələr, fikirlərini dəyişərlər.

Yeni qanun fermerlərin mal-qarasını qorumaq məqsədi daşıyır. Qeyd edək ki, Fransada son illər vəhşi canavarların sürülərə hücum halları artmaqdadır və bu, kənd təsərrüfatı sektorunda ciddi narahatlıq doğurur.

Türkan İsgəndərli

tag: Makron,Canavar,Fransa,Fermer,Todaypress.tv,