Zaxarova: "Qərb sülh yolu ilə münaqişənin həllini istəmir"
Dünya
26.07.2025 17:40
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, sülh danışıqları və Ukrayna ətrafında gərginliyin azaldılması heç vaxt Qərbin real gündəmində olmayıb. Onun sözlərinə görə, Qərb ölkələri Ukraynadakı böhranı sülh yolu ilə həll etmək niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Zaxarova bildirib ki, əgər Qərb həqiqətən Ukraynada sülh istəsəydi, silah tədarükünü dayandırardı. Amma onlar bunların heç birini etmirlər.
Rusiya XİN nümayəndəsi qeyd edib ki, əksinə, Qərb ölkələri silahlandırma və militarizasiya məsələlərini getdikcə daha aktiv şəkildə gündəmə gətirir. Onun sözlərinə görə, Qərb liderləri bu yanaşma ilə həm də öz vətəndaşlarını qorxutmaq taktikasından istifadə edirlər.
Zaxarova vurğulayıb ki, Qərbin mövcud fəaliyyəti gərginliyi azaltmaq deyil, əksinə, onu dərinləşdirmək məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Zaxarova,Rusiya,Ukrayna,Qərb,Todaypress.tv,
 
        
 
                                ![İranda spirtli içkilərdən [[ölənlərin sayı]] artdı](/uploads/news/68fb23a6e16df.webp) 
                                            ![Şimali Koreya [[nüvə statusunu]] “müqəddəs” elan etdi](/uploads/news/68c7be1f997ab.webp) 
                                            ![Fransa Milli Mitinq partiyasında [[axtarışlar aparıldı]]](/uploads/news/686e3e5f1d061.webp) 
                                            ![[[İspaniya:]] Dünya yenidən pandemiya ilə üzləşəcək](/uploads/news/69036293006f8.webp) 
                                            ![Rusiya Poltavaya [[kütləvi hücum]] etdi](/uploads/news/68301d141a5e6.webp) 
                                            ![[[KİV:]] ABŞ Kiyevə yardımı dayandırmaqla Ukraynada sülh axtarır](/uploads/news/68678f2cb0d2a.webp) 
                                            ![Hakan Fidan [[Putinlə görüşəcək]]](/uploads/news/68340982bbfce.webp) 
                                            ![Zelenski Rusiya ilə danışıqlar üzrə [[nümayəndə heyətinin tərkibini genişləndirdi]]](/uploads/news/688082717633a.webp) 
                                            ![ABŞ-Gürcüstan [[hərbi tərəfdaşlığı]] müzakirə olundu](/uploads/news/68b86b52e7335.webp) 
                                            ![Polşa Belarusla sərhədi [[qeyri-müəyyən müddətə]] bağlayır](/uploads/news/68c284dc3a5de.webp) 
                                            