“Zapad-2025” təlimlərində bombardmançı təyyarələrdən istifadə edildi

Dünya

13.09.2025 13:15

Rusiyanın Tu-22M3 bombardmançı təyyarələrinin ekipajları “Zapad-2025” təlimləri çərçivəsində düşmənin saxta hədəflərinə hava zərbəsi endirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.

İdarənin məlumatına görə, uzaq mənzilli aviasiya pilotları “idarəetmə sistemini pozmaq və kritik əhəmiyyətli obyektləri məhv etmək məqsədi ilə” simulyasiya edilmiş düşmənə real hücumu yamsılayıblar. 

“Döyüş hazırlığı tapşırıqları əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla yerinə yetirilib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sentyabrın 12-də Rusiya Federasiyası və Belarus Silahlı Qüvvələri birgə strateji təlimlərə başlayıb.

Təlimlər çərçivəsində əsas hərəkətlər Rusiya Federasiyası və Belarus ərazilərində, Barents və Baltik dənizlərinin sularında həyata keçirilir. Təlimlərə bir sıra digər dövlətlərin, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin hərbi kontingentləri dəvət olunub.

Orxan Saffari

TodayPress TV

tag: Zapad 2025,Hərbi,Təlim,Rusiya,Todaypress.tv,