Yuyucu vasitə yeyən qadında nadir xəstəlik aşkarlandı
Dünya
12.09.2025 19:30
ABŞ-də adı açıqlanmayan bir qadına həkimlər anemiyanın nadir forması olan zərərli "pernisiöz anemiya" diaqnozu qoyublar.
TodayPress TV xəbər verir ki, hadisə barədə "Metropoles" nəşri məlumat yayıb.
Belə ki, bu vəziyyət onun yuyucu vasitəyə qarşı qeyri-adi maraq göstərməsindən sonra ortaya çıxıb.
Qadın xəstəxanaya təngnəfəslik, qarın ağrısı və xroniki yorğunluq şikayətləri ilə müraciət edib. O bildirib ki, qəfil toz halında olan ağardıcının teksturası və qoxusu onu cəlb etməyə başlayıb.
Həkimlər onun orqanizmində "B12" vitamini çatışmazlığı aşkar ediblər. Məlum olub ki, xəstənin immun sistemi mədədə "B12" vitamininin sorulmasına cavabdeh olan hüceyrələrə hücum edir. Bu da zərərli anemiyanın əsas səbəblərindən biridir.
Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, bu cür yeyilməz maddələrin yeməyə maraq göstərilməsi ilə xarakterizə olunan pika sindromu, adətən, dəmir çatışmazlığı ilə əlaqələndirilir. Lakin qadının analizlərində nə dəmir, nə də fol turşusu səviyyəsində hər hansısa bir anormallıq aşkarlanmayıb.
Həkimlər bu halla bağlı araşdırma aparırlar.
Türkan İsgəndərli
tag: Ağardıcı,Anemiya,Xəstəlik,B12,Todaypress.tv,