Dələduzlara Gürcüstandan çıxış qadağası tətbiq ediləcək
Dünya
12.06.2025 14:49
Hakim partiya Gürcüstanın Cinayət Məcəlləsinə dəyişiklik edərək iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərə ölkədən çıxışa qadağa qoymağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, yeni qanun layihəsinə əsasən, belə şəxslər cinayət nəticəsində dəymiş zərəri ödəmədikləri halda Gürcüstanı tərk edə bilməyəcəklər.
Məqsəd zərərçəkmişlərin maddi itkilərinin ödənilməsini təmin etməkdir.
Parlamentin vitse-spikeri Gia Volski bildirib ki, fırıldaqla əmlakı ələ keçirənlərin yalnız cəza çəkməsi kifayət deyil.
Qadağa yalnız maliyyə və iqtisadi cinayətlərə şamil olunacaq və məhkəmə qərarı ilə tətbiq ediləcək. Ölkədən çıxış yalnız zərər tam ödənildikdə və ya zərərçəkmiş rəsmi imtina etdikdə mümkün olacaq.
Yeni tədbir Gürcüstan vətəndaşlarına və ölkədə statusu olan vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək. Qadağanın icrasına elektron nəzarət sistemi vasitəsilə nəzarət olunacaq.
Türkan İsgəndərli
tag: Gürcüstan,Dələduzluq,Cəza,Zərərçəkən,todaypress.tv,