Yaponiyada vəhşi heyvanları vurmaq icazəsi verildi
Dünya
01.09.2025 18:29
Yaponiya bələdiyyələrinin fövqəladə hallarda ayı və digər vəhşi heyvanların vurulmasına icazə verə bilməsini nəzərdə tutan qanun dəyişikliyi qüvvəyə minib.
TodayPress TV xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib.
Bildirilib ki, son dövrlərdə ölkənin kənd yerlərində rekord səviyyəyə çatan ayı hücumları səbəbindən Yaponiya vəhşi həyatın qorunmasına dair qanunvericilikdə dəyişiklik edib. Yeni qaydalara əsasən, bələdiyyə rəsmiləri xüsusi təyin edilmiş ovçuların yaşayış məntəqələrində qəhvəyi və qara ayılar da daxil olmaqla vəhşi heyvanları vurmasına icazə verə biləcək.
Bununla yanaşı, bu icazə yalnız digər təhlükəsizlik tədbirlərinin mümkün olmadığı və yerli əhalinin zərər görməyəcəyi fövqəladə hallarda keçərlidir.
Rəsmi şəxslər bildiriblər ki, qanun dəyişikliyinin problemsiz tətbiqi üçün hökumət təlim proqramları hazırlayacaq və maddi dəstək göstərəcək.
Aysel Mətləb
tag: Yaponiya,Ayı,Heyvan,Qanun,Todaypress.tv,
 
        
 
                                ![Ukrayna və tərəfdaşları [[IRIS²]] peyk proqramına qoşula bilər](/uploads/news/68877bc48b2ca.webp) 
                                            ![Lavrov Makronun bəyanatlarını [[təxribatçı]] adlandırdı](/uploads/news/68764c5538c0f.webp) 
                                            ![Xamenei İran xalqını [[təbrik etdi]]](/uploads/news/685d220c73c32.webp) 
                                            ![Rusiya-Ukrayna nümayəndələrinin İstanbul görüşü başa çatdı [[- YENİLƏNDİ]]](/uploads/news/6827379d75880.webp) 
                                             
                                            ![[[Tramp Si Cinpinlə]] görüşünün tarixini açıqladı](/uploads/news/68dd82e6d8661.webp) 
                                            ![Ukrayna ABŞ-yə yeni səfir təyin edəcək: [[Namizəd bəlli oldu]]](/uploads/news/6878d3b2938ef.webp) 
                                            ![Britaniya və Fransa [[pilot razılaşma imzaladı]]](/uploads/news/6870bd4b1eaca.webp) 
                                            ![ABŞ müdafiədə [[ağıllı nişangahlardan]] istifadə etdi](/uploads/news/6849250fa9c49.webp) 
                                            ![Əfqanıstanda zəlzələdə ölənlərin sayı [[800-ü keçdi]]](/uploads/news/68b57251c4818.webp) 
                                            