Yaponiyada 911 zəlzələ qeydə alındı
Dünya
02.07.2025 17:32
Yaponiyanın cənub-qərbində yerləşən Kaqosima prefekturasına daxil olan arxipelaqda son 11 gün ərzində 911 zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Məlumata görə, zəlzələlər iyunun 21-dən iyulun 2-dək baş verib. Onlardan üçü 5 və daha yüksək bal gücündə olub. Ümumilikdə 610 zəlzələ 1 və yuxarı, 220 zəlzələ 2 və yuxarı, 60 zəlzələ 3 və yuxarı, 18 zəlzələ isə 4 və daha yüksək bal gücündə qeydə alınıb.
Rəsmi "Kyodo" agentliyinin xəbərinə görə, zəlzələlər nəticəsində insan tələfatı və ya ciddi dağıntı qeydə alınmayıb.
Bölgədə baş verən zəlzələlərin mənbəyi hələ müəyyən edilməyib. Bildirilir ki, 10-20 kilometr dərinlikdə və yüksək gücdə baş verən təkanlar sunami riski yarada bilər.
Zəlzələlərin 2-3 həftə daha davam edəcəyi ehtimalı var. İnsanlara mümkün böyük zəlzələyə qarşı hazır olmaqları barədə xəbərdarlıq edilib.
Türkan İsgəndərli
tag: Yaponiya,Kaqosima,Zəlzələ,Sunami,Todaypress.tv,