Yaponiya Rusiyadan qaz idxalından imtina etməyəcək

Dünya

30.10.2025 05:32

Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampa bildirib ki, Rusiyadan maye qaz idxalına embarqo tətbiq etmək onun ölkəsinə çətin olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Bildirilib ki, Tramp və Takaiçi oktyabrın 28-də görüşərkən bu məsələni də müzakirə ediblər.

Görüşdə ABŞ lideri Tokionun Rusiyanın "Saxalin-1" və "Saxalin-2" layihələrində iştirakı məsələsinə toxunaraq, onu "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya rəhbərliyinə təzyiqi artırmaq üçün Rusiyadan qaz idxalını qadağan etmək səylərinə qoşulmağa çağırıb.

Takaiçi bildirib ki, Yaponiya idxal etdiyi maye qazın təxminən 9%-ni Rusiyadan alır və o, Rusiya qazından imtinanın ölkəsinin enerji təchizatının sabitliyinə ciddi zərər vuracağını düşünür.

"Əgər Yaponiya Saxalindəki layihələrdə iştirakdan imtina etsə, bu, yalnız Çin və Rusiyanı sevindirəcək", - deyə o vurğulayıb.

TodayPress TV

tag: ABŞ, Yaponiya, G7, Rusiya, Tramp, todaypress.tv,