Keçmiş prezident telefonunun şifrəsini polislərə vermir
Dünya
29.07.2025 11:21
Cənubi Koreyanın vəzifədən uzaqlaşdırılmış prezidenti Yun Sok Yol hərbi vəziyyətlə bağlı istintaq çərçivəsində müstəntiqlərə smartfonunun şifrəsini verməkdən imtina edir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Korea Times" məlumat yayıb.
Nəşr yazır ki, iyulun əvvəlində hüquq-mühafizə orqanları ona məxsus "Apple" smartfonunu ələ keçirib. Lakin cihaz həm parolla, həm də sifətin tanınması (Face ID) texnologiyası ilə qorunduğu üçün daxili məlumatlara çıxış çətinləşib.
Qəzet qeyd edir ki, altı simvoldan ibarət şifrəni sındırmaq üçün 56 milyarda qədər müxtəlif kombinasiyanın yoxlanması tələb oluna bilər. Üstəlik, cihaz 10 uğursuz parol cəhdindən sonra bütün məlumatları avtomatik silmək üçün tənzimlənə bilər.
Türkan İsgəndərli
tag: Cənubi Koreya,Prezident,Həbsxana,Şifrə,Todaypress.tv,