Vyanada sürət həddini aşan sürücünün "Bugatti"si müsadirə edildi

Dünya

02.08.2025 19:30

Avstriyanın paytaxtı Vyanada polis sürət həddini aşan sürücünün milyonlarla dəyəri olan "Bugatti Chiron" avtomobilini müsadirə edib.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı avstriyalı sürücü şəhər mərkəzində, Rinqştrasse bulvarında icazə verilən 50 km/saat əvəzinə 119 km/saat sürətlə hərəkət edib. 

Sürət pozuntusu parlament binası yaxınlığında qeydə alınıb.

Polis hadisəyə dərhal müdaxilə edib, avtomobil yerində götürülüb, sürücünün vəsiqəsi ləğv olunub.

Avstriyada qanunlara əsasən, şəhər daxilində sürəti 60 km/saatdan çox aşan sürücülərin avtomobilləri müsadirə edilə və hərraca çıxarıla bilər. Bu qayda təhlükəli sürücülüklə mübarizə məqsədi daşıyır.

Əgər "Bugatti" satışa çıxarılarsa, bir neçə milyon avroya alıcı tapa bilər.

Qiymət Mahir

tag: Vyana,Sürət,Hədd,Bugatti,Todaypress.tv,