Vens prezidentliyə namizədliyini dəyərləndirdi
Dünya
14.11.2025 09:51
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens özünün və dövlət katibi Marko Rubbionun prezidentlik hüququ olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Fox News"a açıqlama verib.
“Hazırda nə mən, nə də dövlət katibi Marko Rubio ABŞ prezidentliyinə namizəd ola bilərik”, - deyə vitse-prezident açıqlayıb.
Vens Rubionu rəqib kimi görmədiyini, onu həmkarı hesab etdiyini bildirib. O vurğulayıb ki, hazırda bütün diqqətini işinə yönəldib və administrasiyanın, həmçinin Respublikaçıların Vaşinqtondakı çoxluğunun 2026-cı ildə keçiriləcək ara seçkilərə qədər proqramlarını həyata keçirmək üçün hələ kifayət qədər vaxtı var.
Xatırladaq ki, noyabr ayının əvvəlində Rubio özəl söhbətdə Vensin 2028-ci ildə prezidentliyə namizəd olacağını deyib. Bu barədə "Politico" nəşri yazmışdı.
Aysel Mətləb
tag: ABŞ,Vens,Prezident,Rubio,Todaypress.tv,
