Vaşinqtonda Donald Trampın qızıl heykəli ucaldıldı

Dünya

18.09.2025 16:24

ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ Prezident Donald Trampın qızıl heykəli ucaldılıb.

TodayPress TV xəbər verir ki, dörd metr hündürlüyündə olan heykəl Trampı gülümsəyən halda, əlində “Bitcoin” simvolu həkk olunmuş nəhəng sikkə ilə təsvir edir. 

Heykəlin investorlar tərəfindən hazırlandırıldığı bildirilib.

Kripto investisiya icmasının nümayəndəsi Hichem Zagdoudi qeyd edib ki, bu abidə milli valyutanın gələcəyi ilə bağlı müzakirələri stimullaşdırmaq və müasir siyasət ilə maliyyə innovasiyası arasındakı əlaqəni simvollaşdırmaq məqsədi daşıyır. 

O, heykəlin amerikalıları kriptovalyutanın dünyada artan təsirini nəzərə almağa sövq edəcəyinə ümid etdiyini bildirib. 

Qeyd olunur ki, heykəl cəmi bir gün ərzində ucaldılıb, onun gələcək taleyi isə açıqlanmır.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin milli borcunu kriptovalyutadan istifadə edərək ödəyə biləcəyini də açıqlamışdı.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ,Tramp,Qızıl,Heykəl,Todaypress.tv,