Vadeful: “Qarşıdakı qış Ukrayna üçün dönüş nöqtəsi ola bilər”

Dünya

28.10.2025 11:41

"Qarşıdan gələn qış Ukrayna üçün müharibədə həlledici mərhələ ola bilər. Bu səbəbdən ölkəyə beynəlxalq yardımın artırılması vacibdir".

TodayPress TV xəbər verir ki, Almaniyan xarici işlər naziri Yohann Vadeful bu barədə “br.de” portalına açıqlamasında danışıb.

Nazir NATO müttəfiqlərini Kiyevə “qətiyyətli dəstək göstərməyə” çağırıb.

“Bu qışın nəticələri həlledici olacaq. Ukrayna özünü müdafiə edə bilmək gücündə qalmalıdır”, – deyə Vadeful bildirib.

Məqalədə vurğulanır ki, ötən həftə “istəklilər koalisiyası” Avropanın Ukraynaya qışı keçirməyə necə yardım edə biləcəyini müzakirə edib. Almaniya XİN rəhbəri isə qeyd edib ki, Berlin Ukraynanın istənilən an yanında olacaq, çünki Almaniya bu məsələdə xüsusi məsuliyyət daşıyır.

Qiymət Mahir

TodayPress TV


tag: Ukrayna ,Almaniya,Yohann Vadeful ,NATO ,Todaypress.tv,