Slovakiya 18-ci sanksiya paketini dəstəkləməyə hazırdır

Dünya

24.06.2025 10:20

Slovakiya Rusiyaya qarşı hazırlanan 18-ci sanksiya paketini dəstəkləməyə hazır olduğunu açıqlayıb, lakin bunun müqabilində Avropa İttifaqından enerji təchizatının kəsilməsindən doğan mənfi nəticələrin yumşaldılması üçün zəmanət və maddi dəstək tələb edir.

TodayPress TV xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar "Euractiv" portalına danışıb.

“Danışıqlar hələ davam edir. Amma indiyə qədərki müzakirələrə əsaslanaraq deyə bilərik ki, bu paket Slovakiya iqtisadiyyatına birbaşa zərər vurmayacaq və biz onu dəstəkləməyə hazırıq,” – deyə Blanar bildirib.

Eyni zamanda o vurğulayıb ki, Slovakiya Avropa İttifaqından enerji tədarükünün dayanması halında yaranacaq fəsadların qarşısını almaq üçün rəsmən zəmanətlər və maliyyə dəstəyi tələb edəcək:

“Arbitraj riski də mövcuddur və bu, Slovakiya üçün 20 milyard avroya qədər maliyyə yükü yarada bilər. Biz bu kimi nəticələrin necə qarşılanacağı ilə bağlı dəqiq təminat istəyirik".

Qiymət Mahir

tag: Slovakiya ,Rusiya,Sanskiya,Avropa,Todaypress.tv,