Ukraynaya qoşun göndərmək arxa plana keçdi

Dünya

30.05.2025 16:00

“Britaniyanın Ukrayna münaqişə zonasına hərbi qüvvə göndərməsi ilə bağlı məsələ artıq Londonda arxa plana keçib”.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Birləşmiş Krallıqdakı səfiri Andrey Kelin “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.

Diplomatın sözlərinə görə, Britaniya hakimiyyəti bu məsələyə marağını, İtaliya və Almaniyanın öz hərbçilərini Ukraynaya göndərmək istəmədiyini bildirməsindən sonra itirib. Kelin hesab edir ki, London və Parisin bu mövzudakı bəyanatları sadəcə mümkün sülh danışıqlarında iştirak etmək üçün “yerini qorumaq cəhdi” ola bilər.

Səfir əlavə edib ki, əgər Britaniya həqiqətən belə bir addım atsa və münaqişə zonasına az sayda da olsa hərbi kontingent göndərsə, bu, ölkəyə illik 2 milyard funt sterlinqə (təxminən 2,7 milyard dollar) başa gələcək.

“Hazırda bu, Britaniya büdcəsi üçün real görünmür”, – deyə Kelin vurğulayıb.

Qiymət Mahir

tag: Ukrayna,Britaniya,Rusiya,London,todaypress.tv,