“Ukraynanın atəşkəsi sülh siqnalıdır” - Kiyev qərarının arxasındakı məqsədi açıqladı

“Ukraynanın atəşkəsi sülh siqnalıdır” - Kiyev qərarının arxasındakı məqsədi açıqladı
05.05.2026 20:26 Dünya

"Ukrayna tərəfindən elan edilmiş atəşkəs bizim səmimi sülh arzumuzun göstəricisidir”.

TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov bildirib.

Onun sözlərinə görə, bu, hansısa ideologiyanı aşılamaq naminə müəyyən tarixlərə görə deyil, insan həyatının qorunması və təhlükəsizliyin bərpası naminə atılmış bir addımdır.

Xatırladaq ki, Kreml 8-9 may tarixlərində atəşkəs rejimi elan edib. Zelenski isə bu rejimi mayın 6-sı gecə saatlarından etibarən qüvvəyə mindirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər