Ukraynada mobil internet məhdudlaşdırıla bilər

Dünya

13.09.2025 17:45

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mobil internetin məhdudlaşdırılması imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki,  bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri mənbəyə istinadən məlumat yayıb.

"Belə tədbirlərdə bir məqam var. Bunun nə dərəcədə zəruri olması konkret vəziyyətdən və şəraitdən asılıdır. Ona görə də PUA-ların işini məhdudlaşdırmaq üçün bəzi hallarda mobil internetin sürətini azaltmaq məqsədəuyğun ola bilər", - mənbə nəşrə bildirib.

Mənbə əlavə edib ki, belə bir həllin tətbiqi kameralı dronlarla mübarizəyə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, belə qurğuların işləməsi üçün yüksək sürətli məlumat ötürülməsi tələb olunur. Bununla belə, mənbənin qeyd etdiyi kimi, kamerası olmayan dronlara mobil internetin məhdudlaşdırılması təsir etməyəcək.

Orxan Saffari

TodayPress TV

tag: Ukrayna,Mobil,İnternet,Qərar,Todaypress.tv,