Ukraynada “Milli Birlik Nazirliyi” ləğv oluna bilər

Dünya

30.06.2025 15:23

Ukraynada vitse-premyer Aleksey Çernışovun rəhbərlik etdiyi Milli Birlik Nazirliyinin yaxın vaxtlarda ləğv ediləcəyi istisna olunmur.

TodayPress TV xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri hakim “Xalqın xidmətçisi” partiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu nazirlik özünü doğrultmayıb və əsasən Çernışovu hökumət strukturlarında saxlamaq və xaricdəki Ukrayna vətəndaşları ilə əlaqə yaratmaq məqsədilə yaradılmışdı.

Nəşr yazır ki, korrupsiya qalmaqalından sonra Çernışovun vəzifədə saxlanılması gözlənilmir. Onun rəhbərlik etdiyi qurumun Xarici İşlər Nazirliyi ilə birləşdirilməsi və ya tamamilə ləğv edilməsi ehtimalı yüksəkdir.

Qeyd olunur ki, prezident Volodimir Zelenski NATO və Aİ sammitlərindən qayıtdıqdan sonra nazirlərin istefasını təsdiqləməyib, lakin vəziyyət hələ də qeyri-müəyyəndir.

Qiymət Mahir

tag: Ukrayna, Aleksey Çernışov,Nazirlik,Volodimir Zelenski,Todaypress.tv,