Ukrayna və tərəfdaşları IRIS² peyk proqramına qoşula bilər

Dünya

28.07.2025 17:35

Ukrayna, Böyük Britaniya və Norveç yaxın gələcəkdə Avropanın yeni təhlükəsiz peyk rabitə proqramı olan IRIS²-yə ("İris kvadratı") çıxış əldə edə bilər.

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius “Euractiv”ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, bu sistem “SpaceX”in “Starlink” platformasına alternativ kimi nəzərdə tutulur. Təqribən 10,6 milyard avro dəyərində qiymətləndirilən IRIS² proqramında üçüncü ölkələrin iştirakı mümkündür. 

Artıq Norveç proqramda iştirak üçün Brüssel ilə danışıqlara başlayıb. İslandiya isə bu danışıqları iyul ayının əvvəlində başa çatdırıb. Digər tərəfdən, Ukrayna və Böyük Britaniya hələlik rəsmi dialoqa başlamayıb. 

Aysel Mətləb

tag: Ukrayna,Böyük Britaniya,IRIS,Kubilius,Todaypress.tv,