Ukrayna Ottava Müqaviləsindən çıxdı, Rusiya hücuma keçdi

Dünya

30.06.2025 09:51

Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 29-da imzaladığı fərmanla ölkəsinin piyada əleyhinə minaları qadağan edən Ottava Müqaviləsindən çıxdığını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Eyni zamanda, Rusiya eyni günün axşamı Ukraynaya qarşı genişmiqyaslı hücumlar həyata keçirib. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat bildirib ki, bu hücum dron və raketlərin sayına görə müharibə ərzində ən böyük hava hücumu olub.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, bir "F-16" qırıcı təyyarəsi vurulub. Bu, müharibə başlayandan bəri itirilən üçüncü "F-16" olub.

BMT-nin son hesabatında isə qeyd olunub ki, ötən yaz bir neçə ay ərzində Rusiya tərəfindən həyata keçirilən qısa mənzilli dron hücumları nəticəsində Ukraynada 400-ə yaxın mülki şəxs həlak olub, 2600-dən çox insan isə yaralanıb.

Töhfə Səməd

tag: Ukrayna ,Volodimir Zelenski,Ottava Müqaviləsi,F-16,Todaypress.tv,