Məşhur moda evi 1 milyard dollara satılır

Dünya

26.07.2025 08:23

Fransız "LVMH Moët Hennessy - Louis Vuitton" konqlomeratı "Marc Jacobs" moda evinin satışı ilə bağlı danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə "Wall Street Journal" mənbələrinə istinadən bildirir.

Potensial sövdələşmənin məbləği 1 milyard dollara çata bilər.

Nəşrin məlumatına görə, LVMH bir neçə potensial alıcı ilə satış şərtlərini müzakirə edir. Onların arasında "Reebok"un sahibi "Authentic Brands Group", həmçinin "Bluestar Alliance" ("Brookstone"un sahibi) və "WHP Global" ("Vera Wang" brendinin ana şirkəti) var.

Mənbələr qeyd edir ki, danışıqların uğurla başa çatması şərti ilə sövdələşmə yaxın zamanda bağlana bilər.

LVMH ənənəvi olaraq perspektivli aktivlərin aktiv alıcısı kimi tanınsa da, şirkət strateji prioritetlərinə uyğun gəlməyən brendlərdən ayrılmağa hazır olduğunu nümayiş etdirir.

tag: LVMH Moët Hennessy,Louis Vuitton,Marc Jacobs, Satış, todaypress.tv,