Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı

Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı
01.07.2026 22:03 Dünya

Ukrayna Silahlı Qüvvələri təxminən bir ay yarım əvvəl Donetsk vilayətində həyata keçirdiyi gizli əməliyyat nəticəsində 40 kvadratkilometrə yaxın ərazini Rusiya qüvvələrinin nəzarətindən geri alıb.

TodayPress TV xəbər  verir ki, bu barədə fransalı OSINT analitiki Kleman Mulen (Clément Moulin) məlumat verib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri bir ildən artıqdır Rusiya ordusunun nəzarətində olan bir neçə onlarla kvadratkilometr ərazini geri qaytarmağa nail olub. Analitik qeyd edib ki, sözügedən irəliləyiş hələ də “DeepState” xəritəsində öz əksini tapmayıb.

“Conflict Intelligence Team”in mənbəsi isə “Agency” nəşrinə bildirib ki, söhbət böyük ehtimalla Donetsk vilayətində Mokrı Yalı çayının qərbində yerləşən ərazidən gedir.

Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri burada bir neçə istiqamətdə irəliləyib, Rusiya tərəfi isə bu itkiləri ictimaiyyətdən gizlətməyə çalışıb.

Qeyd edək ki, məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər